Daşkəsən Rayon Polis Şöbəsi “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirdi - FOTOLAR

11:59 - 08 May 2023

Daşkəsən Rayon Polis Şöbəsi “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirdi - FOTOLAR

Mayın 8-də Daşkəsən Rayon Polis Şöbəsinin və Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Daşkəsən şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş növbəti ağacəkmə aksiyası keçirilib.

 

Manset.az xəbər verir ki, aksiyada Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, Daşkəsən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Seymur Əfəndiyev, rayon prokuroru Şahin İmanov, rayon İcra Hakimiyyətinin əməkdaşları, polis işçiləri və fəallar iştirak ediblər.

Aksiya çərçivəsində Daşkəsən şəhərinin girişində rayonun iqliminə uyğun çoxsaylı ağaclar əkilərək suvarılıb.

Daşkəsən Rayon Polis Şöbəsinin rəisi Seymur Əfəndiyev ağacəkmə aksiyasında deyib: “Aksiyanın keçirilməsində əsas məqsədimiz ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş Ulu Öndərimiz Heydər Əliyevin əziz xatirəsini yad etməklə Ümummilli Liderin yaşıllaşdırma ənənələrini davam etdirməkdir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az