Bu gün “Avroviziya”nın II yarımfinalıdır

10:57 - 11 May 2023

Bu gün “Avroviziya”nın II yarımfinalıdır

Bu gün Böyük Britaniyanın Liverpul şəhərində “Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı baş tutacaq.

 

Manset.az xəbər verir ki, ikinci yarımfinalda 15 ölkənin təmsilçisi çıxış edəcək: Avstraliya, Avstriya, Albaniya, Ermənistan, Belçika, Yunanıstan, Gürcüstan, Danimarka, İslandiya, Kipr, Litva, San-Marino, Sloveniya, Rumıniya və Estoniya.

Bu yarımfinaldan sonra mayın 13-də baş tutacaq finalın bütün iştirakçıları bəlli olacaq.

Qeyd edək ki, birinci yarımfinaldan finala keçən 10 ölkə bunlardır: Xorvatiya, Moldova, İsveçrə, Finlandiya, Çexiya, İsrail, Portuqaliya, İsveç, Serbiya və Norveç. “Böyük beşlik” ölkələri - İtaliya, Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və ötən ilin qalibi Ukrayna birbaşa finalda iştirak edəcəklər.  


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az