Sərxoş halda asayişi pozan müharibə iştirakçısı həbs olundu

14:04 - 12 May 2023

Sərxoş halda asayişi pozan müharibə iştirakçısı həbs olundu

Mayın 11-i gecə saatlarında Balakən şəhəri ərazisində bir nəfər sərxoş vəziyyətdə, eləcə də narkotik vasitənin təsiri altında ucadan nalayiq ifadələr işlədib və ictimai asayişin pozulmasına yönələn hərəkətlərə yol verib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Manset.az-a verilən məlumata görə, ərazidə xidmət aparan polis əməkdaşları həmin şəxsə yaxınlaşıb nizam-intizama dəvət ediblər.

Ancaq o, bu kimi əməllərini davam etdirib və əlində olan kəsici alətlə polislərə müqavimət göstərməyə çalışıb. Həmin şəxs saxlanılaraq polis şöbəsinə gətirilib və araşdırma zamanı onun rayon sakini, Vətən müharibəsi iştirakçısı Anar Hüseynov olduğu müəyyən edilib.

Anar Hüseynov barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az