Atası ilə danışandan bir saat sonra Məhəmmədin şəhid xəbəri gəldi” - Şəhidin əmisi (VİDEO)

12:46 - 13 May 2023

Atası ilə danışandan bir saat sonra Məhəmmədin şəhid xəbəri gəldi” - Şəhidin əmisi (VİDEO)

“Məhəmməd çox vətənpərvər idi. Axşam saat 8-də atası ilə danışdı, saat 9-da şəhidlik xəbəri gəldi”.

 

Manset.az bizim.media-a istinadən xəbər verir ki, bunu şəhid Məhəmməd Qarayevin əmisi Zöhrab Qarayev deyib.

O bildirib ki, 40 gün sonra M.Qarayevin hərbi xidməti başa çatırdı:

“Allah bütün şəhidlərimizə rəhmət eləsin, valideynlərinə səbir versin”.

Qeyd edək ki, ötən gün əsgər Məhəmməd Qarayev erməni təxribatı nəticəsində şəhid olub. Şəhid M.Qarayev bu gün doğulduğu Qəbələdə dəfn olunacaq. 2001-ci il təvəllüdlü Məhəmməd İqtisad Universitetinin (ADİU) məzunu olub.

İyun ayında hərbi xidməti başa çatacaqdı. Mahir ailənin tək oğul övladı olub, bir bacısı var.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az