Türkiyədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu üçün Azərbaycanda baş tutan səsvermə prosesi başa çatıb.
Manset.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.
Bildirilir ki, Türkiyənin Bakıdakı səfirliyi ilə Naxçıvan və Gəncədəki baş konsulluqlarda 3 gün davam edən səsvermə prosesi yerli vaxtla saat 22:00-da dayandırılıb.
Səsvermə başa çatdıqdan sonra seçki bülletenləri və zərflər seçki qutularına qoyulub və seçki qutusu komissiya üzvlərinin və müşahidəçilərin nəzarəti altında möhürlənib.
Türkiyəli seçicilər Bakıda 9, Gəncədə 3, Naxçıvanda 3 olmaqla ümumilikdə 15 seçki qutusunda səs verib. Azərbaycanda 11 min 43, Bakı səfirliyində 7 min 417, Gəncə konsulluğunda 2 min 277, Naxçıvan konsulluğunda isə 1349 seçici qeydiyyatdadır.
Qeyd edək ki, seçkilərin ilk turunda Azərbaycandakı seçicilərin 60,26 faizi iştirak edib.