Azərbaycanda “Land Cruiser”i geriyə hərəkət etdirən sürücü piyadanı vurdu - ANBAAN VİDEO

15:57 - 24 May 2023

Azərbaycanda “Land Cruiser”i geriyə hərəkət etdirən sürücü piyadanı vurdu - ANBAAN VİDEO

Oğuz rayonunda avtomobili geriyə hərəkət etdirən sürücü piyadanı vurub.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Cavanşir küçəsində baş verib.

Belə ki, geriyə doğru hərəkət edən “Toyota Land Cruiser” markalı avtomobil yolu keçmək istəyən iki qadından birini vurub.

Hadisə nəticəsində qadın xəsarət alıb. O, yaxınlıqdakı insanların köməyi ilə xəstəxanaya yerləşdirilib. Onun bədəninin müxtəlif nahiyələrində sınıqların olduğu müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.

Həmin hadisənin görüntüləri təqdim edirik:


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az