Qanunsuz balıq ovlayan daha 4 nəfər cəzalandırıldı

11:20 - 25 May 2023

Qanunsuz balıq ovlayan daha 4 nəfər cəzalandırıldı

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Xaçmaz və Şabran rayonları akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

 

Manset.az xəbər verir ki, araşdırma zamanı balıq ovlayan şəxslərin Xaçmaz rayon sakinləri Elşad Əzizov, Güloğlan Baxışov, Şabran şəhər sakinləri Ədalət Fərzəliyev, Qafqaz Quliyev olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az