Teatr rəhbərliyi Ramiz Məlikə baş çəkdi - FOTO

10:33 - 27 May 2023

Teatr rəhbərliyi Ramiz Məlikə baş çəkdi - FOTO

Akademik Milli Dram Teatrının Bədii rəhbəri Mehriban Ələkbərzadə, direktorun əmək funksiyalarını icra edən İlham Əsgərov və truppa müdiri Elnur Məmmədov Xalq artisti Ramiz Məlikə evində baş çəkib, səhhəti ilə maraqlanıblar.

 

Manset.az xəbər verir ki, teatr rəhbərliyi Ramiz Məlikə Allahdan şəfa arzulayıb, səhhətindəki problemlərin tezliklə həll olunacağına, yeni tamaşalarla teatrsevərlərin görüşünə gələcəyinə inandıqlarını deyiblər.

Xalq artisti Ramiz Məlik diqqət və qayğı üçün təşəkkürünü bildirib, teatrdakı yeni təyinatlar münasibətilə təbriklərini çatdırıb. O, qeyd edib ki, Mədəniyyət Nazirliyi tərəfindən onunla mütəmadi olaraq maraqlanır, vəziyyətini diqqət mərkəzində saxlayırlar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az