Azərbaycanda bu tarixdə hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ

12:00 - 27 May 2023

Azərbaycanda bu tarixdə hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ

İyun ayının ilk günlərinə olan hava proqnozu açıqlanıb.

 

Bu barədə Manset.az-a ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva açıqlama verib.

O bildirib ki, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək, iyunun 1-dən 4 -nə kimi yağıntılı olacaq:

“Bəzi ərazilərdə leysan xarakterli yağışlar gözlənilir. Temperatur bu günə nisbətən aşağı düşəcək. Gözlənilən leysan xarakterli yağışlarla əlaqədar bəzi dağ çaylarından qısamüddətli sel keçməsi də istisna olunmur”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az