Əməkdar artist Elxan Qasımovla vida mərasimi keçirilir - FOTO

11:32 - 30 May 2023

Əməkdar artist Elxan Qasımovla vida mərasimi keçirilir - FOTO

Ötən gün Əməkdar artist Elxan Qasımov dünyasını dəyişib.

 

Manset.az xəbər verir ki, hazırda tanınmış kinorejissorla "Azərbaycanfilm" kinostudiyasında vida mərasimi keçirilir.

Mərasimdə mərhumun ailə üzvləri, yaxınları və tanınmış sənət dostları iştirak edirlər.

Xatırladaq ki, "Əhməd haradadır" filmindən "sürücü Əhməd" kimi tanınan Elxan Qasımov 1969-cu ildən "Azərbaycanfilm" kinostudiyasında işləyib.

Elxan Qasımov kino sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə "Azərbaycanın Əməkdar artisti" adına layiq görülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az