Almaniya Federativ Respublikasının Bonn şəhərində 5-15 iyun tarixlərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının köməkçi orqanının tədbiri çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə ikitərəfli görüşlər davam edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Emin Qarabağlı Manset.az-a bildirib ki, Çexiya nümayəndə heyətinin sədri cənab Yan Dusik ilə görüş zamanı qlobal iqlim dəyişmələri, iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində mövcud əməkdaşlıq və gələcək planlar müzakirə olunub.