“Azəriqaz”ın “Açıq mikrofon” aksiyası davam edir

13:30 - 10 İyun 2023

“Azəriqaz”ın “Açıq mikrofon” aksiyası davam edir

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.

 

Manset.az xəbər verir ki, növbəti həftə (12, 14 və 16 iyun tarixləri) 1 şəhər və 2 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyası keçiriləcək.

Aksiya həftənin 1-ci günü saat 15:00-dan 16:00-dək Samux rayonunda (YAP-ın inzibati binasının qarşısı), 3-cü günü saat 11:00-dan 12:00-dək Naftalan şəhərində (Nəriman Nərimanov Parkı), 5-ci günü saat 11:00-dan 12:00-dək Göygöl rayonunda (Heydər Əliyev Parkı) baş tutacaq. Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az