Azərbaycanda hərbi qulluqçu vəfat edib.
Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, Sərhəd Qoşunlarının müddətdən artıq hərbi qulluqçusu (MAXE), 2000-ci il təvəllüdlü Rahil Rahib oğlu Əhmədov Qubadlı rayonunun Muradxanlı kəndi ərazisində dünyasını dəyişib.
Onun silahla ehtiyatsız davranış nəticəsində həlak olduğu bildirilir.
Rahil Əhmədovun cənazəsi bu gün doğulduğu Göyçay rayonunun Mallı-Şıxlı kəndinə gətirilərək dəfn ediləcək.