Müdafiə Nazirliyi iyunun 22-si saat 13:00 radələrində Azərbaycan Ordusunun bölmələrinin Ağdərə rayonu istiqamətində atəş açması nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin bir üzvünün yaralanması barədə məlumata münasibət bildirib.
Manset.az xəbər verir ki, qurumun yaydığı açıqlamada deyilir ki, bölmələrimiz qeyd olunan istiqamətdə atəş açmayıb.