Ramin Hacılıya bu maddə ilə bəraət verildi - Cəzası azaldıldı

17:17 - 22 İyun 2023

Ramin Hacılıya bu maddə ilə bəraət verildi - Cəzası azaldıldı

Dələduzluqda təqsirli bilinərək 7 il 7 ay müddətinə azadlıqdan məhrum edilən ictimai fəal Ramin Hacılı ilə bağlı hökmdən verilmiş şikayətə baxılıb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda qərar elan olunub.

R. Hacılının vəkili Rəşad Əliyev “Qafqazinfo”ya bildirib ki, müvəkkilinə Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvətə təhrik etmə) maddəsi ilə bəraət verilib, cəzası 6 ay azaldılıb.

Qeyd edək ki, R.Hacılı 2018-ci ildə sərhədi qanunsuz keçərək Gürcüstana getmək istəyərkən həbs edilib, 2019-cu ildə azadlığa buraxılıb. O, 2021-ci ildə vətəndaşların ABŞ, Kanada və Avropa ölkələrinə qanunsuz miqrasiyasını təşkil etməkdə ittiham edilərək yenidən həbs edilib.

İctimai fəal kimi tanınan Ramin Hacılı, eyni zamanda Azərbaycan Avropa Hərəkatının sədridir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az