42 yaşlı bağça müdiri iş yerində ÖLDÜ

16:47 - 23 İyun 2023

42 yaşlı bağça müdiri iş yerində ÖLDÜ

Qaxda bağça müdiri vəfat edib.

 

Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun İlisu kəndində baş verib. Kəndin uşaq bağçasının rəhbəri, 1981-ci il təvəllüdlü Məmmədova Məleykə Mahmud qızı işdə olarkən oturduğu yerdə halı qəfil pisləşib və yıxılıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, M.Məmmədova həyatını itirib. Onun ürək çatışmazlığından öldüyü bildirilir.
Qeyd edək ki, Məleykə Məmmədova 15 ildən artıq müddətdə İlisu kənd uşaq bağçasının müdiri vəzifəsində çalışıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az