"24 iyun 1993-cü il Azərbaycan tarixinin ən əlamətdar günlərindən biridir" - Deputat

14:22 - 24 İyun 2023

\"24 iyun 1993-cü il Azərbaycan tarixinin ən əlamətdar günlərindən biridir\" - Deputat

24 iyun 1993-cü il tarixində Azərbaycan Parlamenti Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etmişdir. Ulu Öndər Ali Sovetə rəhbərlik etdiyi dövrdə Parlament ruhunu kökündən dəyişərək parlamentarizm ənənələrinə yeni nəfəs, qüvvə gətirdi. Dahi şəxsiyyətin natiqlik istedadı, yüksək danışıq qabiliyyəti, iclasları idarə etmə qaydası parlament üzvləri üçün əsl nümunə və parlamentarizm məktəbi idi.

 

Ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqiliyini yenidən qazanmış Azərbaycan AXC-Müsavat cütlüyünün səriştəsiz hakimiyyəti ucbatından vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qalmışdı.

Belə bir çətin vaxtda xalqın çağırışına səs verən Ulu Öndərin yenidən hakimiyyətə qayıtması ilə Azərbaycan məhv olmaq təhlükəsindən xilas olaraq dinamik inkişaf yoluna qədəm qoydu.

Ümumilli Liderin rəhbərliyi ilə ölkəmizdə bir sıra mühüm islahatlar aparıldı. İlk öncə ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilərək ictimai-siyasi sabitliyin bərpası təmin edildi. Aparılan uğurlu islahatlar nəticəsində ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş müşahidə olunmağa başlandı.

Ulu Öndərin göstərişi ilə nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı, idarəetmə sistemi formalaşdırıldı və vətəndaşlarımızın dövlətə inamı bərpa olundu.

Dahi şəxsiyyətin rəhbərliyi illərində Azərbaycanın sürətli inkişafı bugünkü qüdrətli Azərbaycanın formalaşmasında mühüm rol oynamışdır. Siyasi islahatlarla yanaşı iqtisadi sahədə liberallaşma siyasəti aparılmağa başlanmış və bazar iqtisadiyyatına keçid məhz Heydər Əliyevin təşəbbüsü ilə baş vermişdir. Ulu Öndərin Azərbaycan qarşısında misilsiz xidmətlərindən biri də müstəqil dövlətin yeni Konstitusiyasının hazırlanması olmuşdur. Bu sahədə də bir sıra mühüm islahat xarakterli demokratik təşəbbüslər Ümumilli Liderin gərgin əməyinin nəticəsidir.

Bu gün isə Azərbaycan Cənubi Qafqaz regionunda lider ölkəyə çevrilib. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daha da inkişaf edəcək, yeni uğurlara imza atacaq və dövlətçiliyimiz daha da güclənəcəkdir! 

Emin Hacıyev: Avropa Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi  bu təşkilatın mahiyyətini açır

Deputat Emin Hacıyev


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az