Lerikdə 2 ev yararsız hala düşdü - Çadırlar quruldu (VİDEO)

12:39 - 27 İyun 2023

Lerikdə 2 ev yararsız hala düşdü - Çadırlar quruldu (VİDEO)

Lerik rayonu, Hamarmeşə kəndində sakinlərə məxsus 2 ev yararsız hala düşüb.

 

Manset.az xəbər verir ki, kənd sakinləri Rauf Əhmədov və Orucəli Fətullayevə məxsus evlərin yaşayış üçün yararsız vəziyyətə düşməsi barədə FHN-ə məlumat daxil olub.

Bununla əlaqədar nazirliyin Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən R.Əhmədov və O.Fətullayev üçün müvəqqəti yaşayış məqsədilə çadır evlər qurularaq vətəndaşlara təhvil verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az