"Bakcell" Qurban bayramı ilə bağlı şəhid və qazi ailələrinə dəstək göstərdi

14:57 - 28 İyun 2023

\"Bakcell\" Qurban bayramı ilə bağlı şəhid və qazi ailələrinə dəstək göstərdi

"Bakcell" şirkəti Qurban bayramı münasibətilə şəhid və qazi ailələrinə bayram payı təqdim edib.

 

Manset.az xəbər verir ki, Xəzər Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə həyata keçirilən bu təşəbbüs çərçivəsində, "Bakcell" şirkəti şəhid və qazi ailələrinə baş çəkib, onlara şirkət adından bayram sovqatları verilib.

Beləliklə, "Bakcell" tərəfindən 170-dən çox şəhid və qazi ailəsinə yardım edilib.

"Bakcell" sosial və digər təşəbbüslər vasitəsilə Azərbaycan vətəndaşlarına, xüsusilə də həssas əhali qruplarına dəstək göstərməyə davam edəcək.

Qeyd edək ki, şirkət “NEQSOL Holding”in tərkibinə daxildir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az