Ət kəsimi məntəqələrində antisanitar vəziyyət - Nəzarət yoxdur? (VİDEO)

00:00 - 29 İyun 2023

Ət kəsimi məntəqələrində antisanitar vəziyyət - Nəzarət yoxdur? (VİDEO)

Qurban bayramı münasibətilə müəyyən edilmiş məntəqələrlə yanaşı digər ərazilərdə də heyvan satışı və kəsimi həyata keçirilib.

 

Manset.az Xezerxeber.az-a istinadən xəbər verir ki, qurbanlıq heyvanlara tələbat çox olub, amma şərait olmadığından həmin yerlərdə xoşagəlməz mənzərə yaranıb.

Elə qəssabların özləri də bu vəziyyətdən narazılıq ediblər. Onlar xüsusi kəsim məntəqələrinə heyvanları aparmağın əlavə xərc olduğunu bildiriblər.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, rayon icra hakimiyyətlərinə və yerli polis orqanlarına məlumat verilib. Aidiyyəti qurumların səyi nəticəsində dərhal tədbir görülüb, qurulan konstruksiyalar yol kənarları və səkilərin üzərindən yığışdırılıb.
Daha ətraflı süjetdə:


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az