Ağcabədidə bıçaqlanma hadisəsi baş verdi

10:30 - 29 İyun 2023

Ağcabədidə bıçaqlanma hadisəsi baş verdi

Ağcabədi rayonunda həmkəndlisi ilə mübahisə edən şəxs bıçaqlanıb.

 

Manset.az xəbər verir ki, hadisə rayonun Salmanbəyli kəndində yerləşən “Haramı düzü” adlanan sahədə qeydə alınıb

Belə ki, rayonun Salmanbəyli kənd sakini, 1981-ci il təvəllüdlü Həsənov Elməddin Bəhmən oğlu həmkəndlisi Həsənov Kənan Həsən oğlu ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Daha sonra o, K.Həsənovun qarın nahiyəsinə qəsdən 1 bıçaq zərbəsi endirib.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az