Fövqəladə Hallar Nazirliyində növbəti kadr dəyişikliyi olub.
Manset.az-ın əldə etdiyi məlumata görə, nazir general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qobustan Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini, daxili xidmət mayoru Rafael Rəcəbov vəzifəsindən azad edilib.
Nazirin digər əmri ilə o həmin hissənin rəisi təyin edilib.
Eyni zamanda Rafael Rəcəbova polkovnik-leytenant rütbəsi verilib.
Manşet.az