“BakıKart” mobil tətbiqi bu gündən fəaliyyətə başlayır

10:08 - 01 İyul 2023

“BakıKart” mobil tətbiqi bu gündən fəaliyyətə başlayır

“BakıKart” mobil tətbiqi bu gündən ölkə ərazisində rəsmi olaraq fəaliyyətə başlayacaq.


Manset.az trend-ə istinadən xəbər verir ki, artıq tətbiq üzərindən səfərlər planlaşdıra, gediş üçün kart balansını artırmaq mümkün olacaq.

Tətbiqdə qeydiyyatdan keçmək üçün mobil telefon nömrəsini və parol kifayətdir.

Tətbiq üzərindən həmçinin asanlıqla marşrutları axtara, təyinat yerinə ən yaxın dayanacaqları tapa və real vaxt rejimində avtobusları izləmək mümkündür.

Qeyd edək ki, “BakıKart” mobil tətbiqi ötən ay beta versiyada təqdim olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az