Bakıda ana 7 aylıq qızı ilə birgə yoxa çıxdı

15:37 - 01 İyul 2023

Bakıda ana 7 aylıq qızı ilə birgə yoxa çıxdı

Bakıda ana körpəsi ilə birgə itkin düşüb.

 

Manset.az lent.az-a istinadən xəbər verir ki, Xətai rayonu, A.Qurban küçəsində yaşayan 37 yaşlı Gültəkin Qabil qızı Poladova 7 aylıq qızı Ziba ilə birgə evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bu barədə onun əri S.Poladov polisə müraciət edib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az