İnsanlığın zirvəsində dayanan Leyla xanım Əliyeva ... - Deputat yazır

16:05 - 03 İyul 2023

İnsanlığın zirvəsində dayanan Leyla xanım Əliyeva ... - Deputat yazır

Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, AMOR - Rusiyada Azərbaycanlı Gənclər Birliyinin fəxri sədri hörmətli Leyla xanım Əliyevanın doğum günüdür.

 

Leyla xanımın ekologiya, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində bir çox layihələrin təşəbbüskarı olaraq geniş miqyaslı, böyük ictimai məzmun daşıyan fəaliyyəti mənim üçün hər zaman nümunədir. Əmək fəaliyyətimin kifayət qədər böyük hissəsi Leyla xanımın rəhbərliyi altında keçib. Vətəndən uzaqda - Rusiyada yaşayan və təhsil alan azərbaycanlı gəncləri birləşdirən Gənclər Birliyinin təsisini sözün əsl mənasında tarixi hadisə hesab edirəm. Bu Birliyin fəaliyyəti nəticəsində yüzlərlə, minlərlə azərbaycanlı gənc təhsilini bitirərək Vətənə dönüb öz bilik və bacarıqları ilə dövlətimizə töhfələrini verməkdədirlər.
Mənim də bu illər ərzində topladığım təcrübə bugünkü fəaliyyətimdə olduqca önəmlidir. 

Leyla xanım Əliyevanın ölkəmizdə və respublikamızdan kənarda gördüyü işlər və bu sahədə əldə olunan uğurlar beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

Doğum günü münasibətilə Leyla xanımı səmimi-qəlbdən təbrik edir, şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayıram!

 

Milli Məclisin deputatı

Emin Hacıyev


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az