Zəlzələ ilə bağlı xəstəxanaya yerləşdirilənlər var - RƏSMİ

10:32 - 04 İyul 2023

Zəlzələ ilə bağlı xəstəxanaya yerləşdirilənlər var - RƏSMİ

İyulun 4-ü saat 00:01 radələrində qeydə alınan zəlzələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 34 nəfər müraciət edib.

 

Bu barədə Manset.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, müraciət edənlərdən 26-sı qadın, 5-i kişi, 3-ü uşaq olub.

“Müraciət edənlərdən 32 nəfərə yerində yardım göstərilib, 2 nəfər isə aidiyyəti üzrə tibb müəssisəsinə təxliyə olunub. Müraciətlər əsasən arterial təzyiq, stresə qarşı reaksiya, travma, bədənin müxtəlif hissələrində olan ağrılarla bağlı olub”, - rəsmi mlumatda qeyd edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az