Ermənilərin Qarabağla bağlı növbəti hoqqabazlığı - Oskanyan HƏRƏKƏTƏ keçdi

16:32 - 04 İyul 2023

Ermənilərin Qarabağla bağlı növbəti hoqqabazlığı - Oskanyan HƏRƏKƏTƏ keçdi

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan “Ayakve” adı təşəbbüsünün imza toplanmasında iştirak edib.

 

Manset.az Musavat.com-a istinadən xəbər verir ki, keçmiş nazir jurnalistlərə müsahibəsində Qarabağı Azərbaycanın tərkibində tanıyacaq sənədin imzalanmasını əngəlləyəcək istənilən təşəbbüsü dəstəkləyəcəyini söyləyib.

“Belə bir sənədin imzalanmaması üçün Paşinyanın əlindən tutub ona mane ola biləcək istənilən təşəbbüs təqdirəlayiqdir”, - deyə o qeyd edib.

“Baxmayaraq ki, bütün sorğular Ermənistan əhalisinin 50%-dən çoxunun Qarabağın Azərbaycanın tərkibində olmasına qarşı olduğunu göstərir, istənilən statusda hakimiyyət buna məhəl qoymur. Bu cür təşəbbüslər sayəsində həmin sənədin imzalanmasına qadağa qoyulacaq və hətta buna görə cinayət məsuliyyətinin müəyyən olunması nəzərdə tutulacaq”, - deyə Oskanyan bildirib.

Qeyd edək ki, “Ayakve” ermənilərin Qarabağla bağlı “Miatsum”dan sonrakı növbəti hoqqabazlığı sayılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az