Bakıda Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun Nazirlər Toplantısı başlayır.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iki gün davam edəcək tədbirdə nazirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qarşılayır.
Nazirlər toplantısında Hərəkatın gündəliyində yer alan bir çox məsələlərin müzakirə olunması ilə yanaşı, eyni zamanda, yekun sənədlər və Bakı Bəyannaməsi qəbul ediləcək.
Qeyd edək ki, hazırda Qoşulmama Hərəkatının 120 üzvü, 18 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var.


