Xankəndidə 15 günlük gizli əməliyyat: Tam məxfi sənədlər ilk dəfə üzə çıxdı - VİDEO

16:18 - 06 İyul 2023

Xankəndidə 15 günlük gizli əməliyyat: Tam məxfi sənədlər ilk dəfə üzə çıxdı - VİDEO

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Ulu Öndər Heydər Əliyevin şəxsən iştirak etdiyi əməliyyatların məxfi detalları barədə “KONFİDENSİAL: Xankəndi-1967” filmi hazırlanıb.

 

QSC-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr şöbəsindən Manset.az-a verilən məlumata görə, 3 iyul 1967-ci ildə Xankəndidə 3 azərbaycanlının öldürülüb-yandırılması vəhşiliyinin 56-cı ili tamam olub. AzTV və DTX-nin birgə layihəsi olan “Konfidensial” sənədli silsiləsinin növbəti filmi məhz bu hadisələrə həsr olunur.

İşin istintaqını Azərbaycan SSR DTK-nın sədri Heydər Əliyev şəxsi nəzarətinə götürür. 15 gün Xankəndidə qalaraq, komissiyanın işinə rəhbərlik edir.

“KONFİDENSİAL: Xankəndi-1967” sənədli filmində indiyədək ictimailəşməyən, DTX Arxiv idarəsində “məxfi” qrifi altında saxlanan bir çox sənədə istinad olunacaq. 1960-70-ci illərdə ermənilərin milli zəmində azərbaycanlılara qarşı apardığı gizli fəaliyyəti audio-vizual sənədlərlə nümayiş etdiriləcək.

Layihənin rəhbəri Namiq Abdullayev, ssenari müəllifi və aparıcısı Rüfət Həmzəyev, quruluşçu rejissoru Elnur Məmmədov, montaj mütəxəssisi Arzum Nuruşzadə, operatorları isə Cavid Əliyev və Elburus Musayevdir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az