Dəhşətli fırtına ağacları kökündən çıxardı - VİDEO

17:33 - 06 İyul 2023

Dəhşətli fırtına ağacları kökündən çıxardı - VİDEO

“Poly Fırtına”sı Hollandiyanı bir-birinə vurub.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, ölkənin paytaxtı Amsterdam və Şimali Hollandiya bölgəsində müşahidə olunan fırtınada çoxlu sayda ev və avtomobilə ziyan dəyib.

Sürəti saatda 145 kilometrə çatan fırtınanın şiddəti ilə kökündən çıxan ağac avtomobilin üzərinə aşıb. Nəticədə maşında olan 51 yaşlı qadın dünyasını dəyişib.

Hollandiya Milli Meteorologiya İnstitutu Şimali Hollandiya bölgəsində, xüsusilə Amsterdamda qırmızı kodlu həyəcan siqnalı verib, sakinlərə evlərini tərk etməmələri və yalnız kritik vəziyyətlərdə təcili yardım xidmətlərinə zəng etmələri barədə xəbərdarlıq olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az