“Sumqayıt dairəsi” istiqamətində avtomobil yolunun rənglənməsi işləri həyata keçirilir

13:58 - 07 İyul 2023

“Sumqayıt dairəsi” istiqamətində avtomobil yolunun rənglənməsi işləri həyata keçirilir

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun “Vaz dairəsi” adlanan hissəsindən “Sumqayıt dairəsi” adlanan hissəsinədək hər iki istiqamətdə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri həyata keçirilir.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Manset.az-a bildirilib ki, xətlərin yenilənməsi bir neçə gün davam edəcək.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etmələri xahiş olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az