DİN-in Mətbuat xidmətinin rəisi vəzifəsi Elşad Hacıyevə tapşırıldı

13:16 - 11 İyul 2023

DİN-in Mətbuat xidmətinin rəisi vəzifəsi Elşad Hacıyevə tapşırıldı

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi vəzifəsinin müvəqqəti icrası polis polkovnik-leytenantı Elşad Hacıyevə tapşırılıb.

 

Manset.az Report-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, daha əvvəl DİN-in Mətbuat Xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov idi. O, ötən gün xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. E.Hacıyev isə nazirliyin Mətbuat Xidmətinin şöbə rəisidir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az