Bu gün necə nəfər koronavirusa yoluxub?

18:07 - 12 İyul 2023

Bu gün necə nəfər koronavirusa yoluxub?

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Manset.az-a verilən məlumata görə, son sutkada infeksiyaya 5 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 2 nəfər sağalıb, ölən yoxdur.

İndiyədək ölkədə ümumilikdə 831 970 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 668 nəfər müalicə olunaraq sağalıb, hazırda 15 aktiv xəstə var. Bu günə qədər 10 287 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 770, bu günə qədər isə ümumilikdə 7 652 788 test icra olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az