Binada yaşayanların DİQQƏTİNƏ: Bu kommunal xidmətin qiyməti artdı

08:50 - 13 İyul 2023

Binada yaşayanların DİQQƏTİNƏ: Bu kommunal xidmətin qiyməti artdı

Xətai rayonu, Ayaz İsmayılov küçəsinin sakinlərinə "Azəristiliktəchizat" ASC tərəfindən bildiriş gəlib.

Manset.az xəbər verir ki, “Xəzər Xəbər”in qaynar xəttinə müraciət edən sakinlər iddia edirlər ki, sakinlərə göndərilən bildirişdə isti su tariflərinin iyul ayının 1-dən dəyişiklik edildiyi qeyd edilib.

Binanın komendantı Məhəmməd Məmmədov deyib ki, 303 mənzildən ibarət olan bina "Neftçilər" üçün tikilib.

Onun sözlərinə görə, ötən gün "Azəristiliktəchizat" ASC   əməkdaşları ona yaxınlaşıb və yeni tariflərlə bağlı elanın binanın giriş bloklarındakı lövhəyə vurulmasını istəyiblər.

Bina sakinləri "Azəristiliktəchizat" ASC-yə müraciət ediblər. Amma ötən gündən bu yana onları maraqlandıran suala cavab verən tapılmayıb.

Sakinlərin müraciətinə aydınlıq gətirlməsi üçün "Azəristiliktəchizat"la əlaqə saxladıq. Qurumdan təsdiqlədilər ki, istisu tariflərində dəyişiklik edilib.

O da bildirilib ki, bu addım iqtisadi səmərəliliyi artırmaq məqsədi ilə atılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az