Hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlər üçün tеst imtаhаnı keçirilir

15:16 - 16 İyul 2023

Hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlər üçün tеst imtаhаnı keçirilir

Dövlət İmtahan Mərkəzi ilə Hakimlərin Seçki Komitəsi tərəfindən 2023-cü il iyulun 16-da hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlərlə test imtahanı keçirilir.

 

DİM-dən Manset.az-a bildirilib ki, imtahan kompüterlər vasitəsilə elektron qaydada 2 növbədə təşkil olunur.

Birinci növbə imtahan saat 9:00-da başlanıb və 13:00-da bitib. İkinci növbə imtahan 15:00-da başlanır.

İmtahanı bitirdikdən dərhal sonra namizədlərə nəticələri haqqında arayış təqdim olunur.

60 və daha yüksək bal toplayanlar növbəti mərhələyə buraxılır.

İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası 17-19 iyul tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində (Ünvan: Bakı şəhəri, Akademik H.Əliyev küçəsi, 299) fəaliyyət göstərəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az