Anası tərəfindən zibilliyə atılan 10-15 günlük körpənin vəziyyəti AÇIQLANDI - VİDEO

14:24 - 19 İyul 2023

Anası tərəfindən zibilliyə atılan 10-15 günlük körpənin vəziyyəti AÇIQLANDI - VİDEO

Sabunçu rayonunda zibillikdən tapılan körpənin vəziyyəti açıqlanıb.

 

TƏBİB-dən Manset.az-a verilən məlumata görə, körpənin müalicəsi 1 saylı Körpələr Evinin göndərişi əsasında TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.

“Hazırda körpənin vəziyyəti stabil olaraq qalır. Göbəyi hələ də düşməyib. Götürülən analizlərin cavabları müsbətdir. Əlavə analizlərin də götürülməsi nəzərdə tutulub”, - deyə qurumdan bildirilib.

Qeyd edək ki, Sabunçu rayonunda ötən gün 10-15 günlük körpə anası tərəfindən zibil qutusuna atılıb. Körpə Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri tərəfindən tapılıb və polis əməkdaşlarına təhvil verilib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az