Xocalıda “Shacman” su arxına aşdı - Ölən var

17:35 - 19 İyul 2023

Xocalıda “Shacman” su arxına aşdı - Ölən var

Xocalı rayonunda avtomobil su arxına aşıb, ölən var.

 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Manset.az-a məlumat verilib.

Bildirilib ki, iyulun 18-də saat 22 radələrində rayonun Baharlı kəndi ərazisində Füzuli rayon sakini S.Dərgahov idarə etdiyi “Shacman” markalı avtomobili su arxına aşırıb. Nəticədə avtomobildəki sərnişin S.Ağayev hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.

Xocalı Rayon Polis Şöbəsində araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az