Buzovna qəsəbəsində Qaçaq Nəbi küçəsi təmir olunur - VİDEO/FOTO

13:38 - 20 İyul 2023

Buzovna qəsəbəsində Qaçaq Nəbi küçəsi təmir olunur - VİDEO/FOTO

Vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Bakı şəhəri və onun qəsəbələrində icra olunan tədbirlər Xəzər rayonunu da əhatə edir. Bu çərçivədə hazırda rayonun Buzovna qəsəbəsi üzrə Qaçaq Nəbi küçəsində təmir işləri aparılır. 

 

Manset.az xəbər verir ki, sözügedən küçənin uzunluğu 520 metr, eni isə ortalama 6 metr təşkil edir. 

Aparılan yenidənqurma işləri çərçivəsində küçəboyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunub, yol əsasının salınması işləri aparılıb. Hazırda yeni asfalt-beton örtüyünün döşənməsi işləri son mərhələdə olmaqla davam edir. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az