Qubad İbadoğlu ilə bağlı həbs qərarı verildi - YENİLƏNDİ

17:14 - 24 İyul 2023

Qubad İbadoğlu ilə bağlı həbs qərarı verildi - YENİLƏNDİ

Məhkəmə Qubad İbadoğlu barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçib.

***

Qubad İbadoğlu məhkəməyə gətirilib.

***

Xəbər verdiyimiz kimi, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu saxlanılıb.

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, partiya sədri ilkin olaraq Cinayət Məcəlləsinin 204.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Hazırda iş üzrə müvafiq istintaq hərəkətləri həyata keçirilir. 

Q.İbadoğlunun gün ərzində məhkəməyə çıxarılacağı gözlənilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az