Heydər Əliyev prospektində yeni istiqamətverici lövhələr quraşdırılacaq

13:56 - 26 İyul 2023

Heydər Əliyev prospektində yeni istiqamətverici lövhələr quraşdırılacaq

Heydər Əliyev prospektinin 17.4-cü km-lik hissəsində, şəhər istiqamətində P tipli istiqamətverici lövhələrin quraşdırılması nəzərdə tutulur. Lövhələrin quraşdırılması işləri bu axşam saat 22:00-dan səhər saat 05:00-dək aparılacaq.

 

Manset.az xəbər verir ki, qeyd olunan vaxt müddətində işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti  hissə-hissə qismən məhdudlaşdırılaraq digər zolaqlara yönəldiləcək.

Sürücülərdən qeyd olunan saatlarda sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az