TƏBİB-in tabeliyindəki doğum evində yeni doğulan körpə öldü - Səbəb kimi həkim səhvi iddia olunur

16:27 - 26 İyul 2023

TƏBİB-in tabeliyindəki doğum evində yeni doğulan körpə öldü - Səbəb kimi həkim səhvi iddia olunur

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin” (TƏBİB) tabeliyində olan Suraxanı Tibb Mərkəzi 3 saylı doğum evində yeni doğulmuş körpə dünyasını dəyişib. 

Manset.az xəbər verir ki, Cəfərova Əminə Qadir qızının yeni doğulmuş övladı sözügedən xəstəxanada ölüb. 

Ölən körpənin valideyni övladının həkim səhlənkarlığı səbəbindən dünyasını dəyişdiyini iddia edir. 

Məsələ ilə bağlı TƏBİB-dən Demokrat.az-a bildirilib ki, Əminə Cəfərovaya məxsus tibbi sənədlər araşdırılaraq rəy verilməsi üçün mütəxəssislərə təqdim edilib:



"Əminə Cəfərova hamiləlik müddətində ərazi üzrə qadın məsləhətxanasında qeydiyyata durmamış, Suraxanı Tibb Mərkəzi 3 saylı doğum evinin həkim mama-ginekoloqunun nəzarətində olmuşdur. Mütəxəssislərin rəyinə əsasən mama-ginekoloqun antenatal və stasionar xidmət zamanı fəaliyyəti qiymətləndiriləcək. 

Əminə Cəfərovanın övladının meyiti təşrih olunmadığı üçün ölümün bilavasitə səbəbi haqqında fikir söyləmək mümkün deyildir".

Xatırladaq ki, 3 saylı doğum evində doğuş zamanı ölüm halları ilk hadisə deyil. Bundan öncə də sözügedən xəstəxanada bir neçə dəfə yeni doğulan körpə və anna dünyasını dəyişib. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az