DYP moped sürücüləri ilə bağlı AÇIQLAMA YAYDI

18:47 - 01 Avqust 2023

DYP moped sürücüləri ilə bağlı AÇIQLAMA YAYDI

“Yol hərəkəti haqqında” Qanunun 27-ci maddəsinə edilmiş əlavə dəyişikliyə əsasən, 2023-cü ilin 1 avqust tarixindən hərəkət surəti 50 km/saat-dan yuxarı olan mopedlərin qeydiyyatına alınması və sürücülük hüququ, yəni A1 kateqoriyasının tələb olunması anlayışları qanuni tələb kimi formalaşıb

 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis mayoru Araz Əsgərli Manset.az-a bildirib ki, hazırda bu tip nəqliyyat vasitələrini idarə edənlər arasında təbliğat maarifləndirmə işi aparılır, qanunvericiliyin tələbləri izah edilir:

“Bakı şəhərində aparılan işlərin əsas məqsədi moped sürücülərini maarifləndirməkdir və onlara lazımi köməkliyin göstərilməsi, hüquqlarının qanunvericiliyə uyğun tənzimlənməsidir. İnzibati tədbirlərdən daha çox üstünlük ona verilir ki, həmin nəqliyyat vasitələri qeydiyyata qoyulmaqla, onlar mopedləri idarə etmək hüququ yaradan sürücülük vəsiqələri ilə təmin olunsunlar. Bunlarla bağlı hazırda onlara zəruri köməkliklər göstərilir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az