Qanunsuz ov edənlər cəzalandırıldı

15:17 - 02 Avqust 2023

Qanunsuz ov edənlər cəzalandırıldı

Mingəçevir su anbarında və Kür çayında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

 

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov Manset.az-a bildirib ki, araşdırma zamanı balıq ovlayan şəxslərin Mingəçevir şəhər sakinləri Elşən Mustafayev, Alim Vəliyev, Səxavət Süleymanov və Neftçala rayon sakini Rüfət Səfərov olduğu müəyyən edilib.

“Onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. Faktlarla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

Eyni zamanda, keçirilən nəzarət tədbirləri zamanı Mingəçevir su anbarından və Kür çayından 870 metr uzunluğunda 10 ədəd sintetik tor yığışdırılıb”, - o qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az