Sosial şəbəkələrdə milyonlarla abunəçisi olan livanlı aşpaz “Şah plov” hazırladı - VİDEO

10:26 - 09 Avqust 2023

Sosial şəbəkələrdə milyonlarla abunəçisi olan livanlı aşpaz “Şah plov” hazırladı - VİDEO

“Instagram”, “TikTok” kimi məşhur sosial şəbəkələrdə milyonlarla abunəçisi olan Abir Əl-Sağir adlı livanlı aşpaz Azərbaycan mətbəxinin şah əsərlərindən olan “Şah plov” hazırlayıb.

 

Manset.az xəbər verir ki, 24 yaşlı aşpaz “Şah plov”u “Sarı gəlin” nəğməsinin sədaları altında təqdim edib.

Video qısa müddət ərzində bir milyona yaxın baxış qazanıb.

Məlumat üçün əlavə edək ki, Abir Əl-Sağir ali təhsilini Livanda interyer-dizayn sahəsində alıb.

Hazırda təkcə “TikTok”da 23 milyon abunəçisi olan qadın dünyanın müxtəlif ölkələrinin yemək nümunələrini hazırlayaraq sosial şəbəkə hesablarında paylaşır.

Livanlı həvəskar aşpaz ərəb dünyasının ən nüfuzlu qadınlarından biri hesab olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az