Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Rusiyaya təhvil verdi

16:32 - 09 Avqust 2023

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Rusiyaya təhvil verdi

Rusiyada rüşvət alma cinayətini törətməkdə təqsirləndirilərək barəsində dövlətlərarası axtarış elan edilmiş, həmin ölkənin vətəndaşı 1978-ci il təvəllüdlü Taukin Danil Pavloviç Azərbaycanda həbs edilərək qarşılıqlı anlaşma əsasında Rusiya Baş Prokurorluğuna təhvil verilib. 

 

Manset.az xəbər verir ki, D.P.Taukin cari ilin aprel ayında ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22.01.1993-cü il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilib və D.P.Taukin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiyanın səlahiyyətli orqanlarına təhvil verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az