Bakı-Şamaxı-Yevlax yolu ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

17:51 - 09 Avqust 2023

Bakı-Şamaxı-Yevlax yolu ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 6-26-cı km-lik hissəsində yolcizgi, yolgöstərici xətlərin və piyada zolaqlarının yenidən rənglənməsi işləri həyata keçirilir.

 

Bu barədə Manset.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, sözügedən işlər bir neçə gün davam etdiriləcək.
“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etmələri xahiş olunur”, - məlumatda qeyd olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az