Çirkab suları kanala axıdan şəxslər CƏRİMƏLƏNDİ

00:15 - 15 Avqust 2023

Çirkab suları kanala axıdan şəxslər CƏRİMƏLƏNDİ

Beyləqanda çirkab suları kanala axıdan şəxslər cərimələnib.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.

Bildirilib ki, rayonunun Mayak qəsəbəsində və Əlinəzərli kəndində mal-qara tövləsində və sanitar qovşaqlarda formalaşan çirkab suların kənd ərazisindən keçən suvarma arxına və drenaj kanalına axıdılması faktları müəyyən edilib.

Faktlarla bağlı Beyləqan rayon sakinləri Möhüddin Əliyev, Amil Bayramov, Zamin Əliyev, Sənan Məhərrəmov və Səidə İsmayılova barəsində akt, protokol tərtib edilib, qanunamüvafiq tədbirlər görülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az