ÜST-dən qorxulu açıqlama: Yeni virus çoxlu sayda mutasiyaya uğrayır

14:06 - 18 Avqust 2023

ÜST-dən qorxulu açıqlama: Yeni virus çoxlu sayda mutasiyaya uğrayır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "Covid-19”un "BA.2.86" variantının çoxlu sayda mutasiya daşıdığına görə statusunu "müşahidə altında olan variant" olaraq yeniləyib.

 

AZXEBER.COM xəbər verir ki, "Covid-19”un "BA.2.86" variantı ilə bağlı ÜST-dən açıqlama verilib. 

Açıqlamada "ÜST daşıdığı çox sayda mutasiyaya görə "Covid-19”un BA.2.86 variantını "müşahidə altında olan variant” olaraq təyin edib. İndiyə qədər bir neçə ölkədən yalnız bir neçə variant haqqında məlumat verilib”, - bəyanatda qeyd olunub.

Açıqlamada o da bildirilib ki, ÜST hazırda 3 "izləməli” və 7 "müşahidə altında” Covid-19 variantını izləyir.

"Covid-19”un yayılmağa və mutasiyaya davam etdiyini xatırladan Ümumdünya Səhiyyə Təşkilatının virusun daha yaxşı izlənilməsi üçün ölkələrə çağırışı təkrarlanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az