logo
logo logo
logo

Azərbaycanda “WhatsApp” hesablarının bloklanması ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

15:57 - 18 Avqust 2023

Azərbaycanda “WhatsApp” hesablarının bloklanması ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Son vaxtlar Azərbaycanda "WhatsApp" hesablarına xarici ölkələrin nömrələrindən gələn mesajlarla kiberhücumlar həyata keçirilir. Beləliklə, kütləvi şəkildə ya "WhatsApp" hesabları bağlanır, ya da bloka düşür. Hesabları açmaq üçün isə nömrəyə kod gəlmir. Hətta iki mərhələli təsdiqləmə də işə yaramır. Ələ keçirilən hesablardan hansı məqsədlə istifadə edildiyi hələlik məlum deyil. 
Bəs, "WhatsApp"-da bu cür problemlərin baş vermə səbəbi nədir və bundan özümüzü qoruya bilərik?

Məsələ ilə bağlı Manset.az-ın sorğusuna Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi Ləman Hüseynzadə cavab verib. 

Ləman Hüseynzadə bildirib ki, qeyd olunan məsələ ilə əlaqədar Elektron Təhlükəsizlik Xidməti tərəfindən araşdırma aparılır və araşdırma yekunlaşdıqdan sonra ictimaiyyətə bu barədə məlumat təqdim ediləcək.

Həmçinin, vətəndaşlara “WhatsApp” mobil tətbiqində mövcud hesabların təhlükəsizliyini gücləndirmək üçün ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirmələri tövsiyə edib. 

Təlimatla aşağıdakı videodan tanış olmaq mümkündür:


Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az