Vətən müharibəsi bitəndən indiyədək 500-ə yaxın şəxsə aid meyit qalığı aşkarlanıb

16:18 - 18 Avqust 2023

Vətən müharibəsi bitəndən indiyədək 500-ə yaxın şəxsə aid meyit qalığı aşkarlanıb

2020-ci il noyabrın 10-dan avqustun 18-dək I Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən 500-ə yaxın şəxsə aid meyit qalığı aşkar edilib.

 

Manset.az report-a istinadən xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov itkin düşmüş şəxslərlə bağlı brifinqdə deyib.

"Onlardan 120-si Üçtərəfli bəyanatdan sonra ermənilər tərəfindən qarışıq halda təqdim edilmişdir. Mütəxəssislər tərəfindən aparılmış araşdırmalar və təyin edilmiş müvafiq ekspertizalar nəticəsində məlum olmuşdur ki, bu qalıqlar bütün normalar pozularaq, kobud və qeyri-peşəkar şəkildə qazılaraq çıxarılmış və qarışıq halda kisələrə yığılaraq təhvil verilmişdir. Ermənilərin insan qalıqlarına bu cür münasibəti həmin qalıqların eyniləşdirilməsində ciddi çətinliklər yaradır", - o, bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az